Sərhəd riskləri: Modul layihə hazırlandı

Sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Tvitter səhifəsində yazıb.

"İdxal, ixrac əməliyyatlarını həyata keçirən yük avtomobillərinin risk əsaslı avtomatlaşdırılmış sistem vasitəsilə keçidinin təmini üçün sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb, hazırda test olunaraq mərhələli tətbiq edilir", - Dövlət Gömrük Komitəsinin sədri qeyd edib.