Silahlı Qüvvələr Günü

Bu gün Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçularımızın- Silahlı Qüvvələr günüdür.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı olan və ordumuz hazırda Qafqazda ən müasir ordu olmakla bərabər dünyanın ən güclü orduları sırasında yer alır, eyi zamanda regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır.

Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu böyük qəhrəmanlıq şücaət göstərərək 30 ilə yaxın düşmən işğalı altında olan tarihi torpaqlarəmızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və bu gün işğaldan azad olunan tarihi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə ordumuz öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Çüki Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bunun nəricəsidir ki, xalqımız öz ordusuna inanır, onun gücünə güvənir.

Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.”

Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması üçün bütün imkanlardan istifadə edilir və nəticə etibarilə Azərbaycan Ordusunun səviyyəsi çok yüksək zirvədədir.

Bununla yanaşı çox sevindirici və qürur duyulası haldır ki, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə, şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğı göstərilməsinə dövlət başçısı cənab Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daima xüsusi diqqət və qayğı göstərib və göstərilən bu qayğının dövlət qurumları qarşısında duran ən ümdə vəzifə kimi müəyyənləşdirib.

 

Aydan Qurbanova