Simonyan: İrəvanla Bakı birbaşa dialoq qura bilər

İrəvanla Bakı arasında birbaşa danışıqların aparılması istisna deyil, çünki sülh prosesində vasitəçi olmaq istəyən hər bir ölkənin təbii ki, öz maraqları var.

Sabahinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Məsələni romantikləşdirmək lazım deyil. Tutalım hesab etmək ki, fransızlar bizim gözəl gözlərimizə, tariximizə aşiq olublar, bunlar nağıldır. Maraqlar ya üst-üstə düşür, ya da düşmür”, - spiker bildirib.

Alen Simonyan qeyd edib ki, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən bütün ölkələr “yaxşı” vasitəçi olmağa çalışırlar, lakin İrəvan və Bakı böyük oyunlarda sövdələşmə obyektinə çevrilməmək üçün problemlərini özləri həll etməlidirlər.