Şolts: “Biz Rusiya ilə müharibənin qarşısını almaq üçün hər şeyi edəcəyik”

Almaniya kansleri Olaf Şolz Bundestaq deputatları ilə görüşüb və onların “Leopard 2” ağır tanklarının Kiyevə təhvil verilməsi qərarı ilə bağlı suallarını cavablandırıb.

Görüş zamanı o, Almaniya və Böyük Britaniyanın Avropada Ukraynaya ən böyük hərbi yardımın tədarükçüləri olduğunu vurğulayıb və bildirib ki, silah göndərilməsi qərarının təxirə salınması tədarükün təfərrüatlarının razılaşdırılması zərurəti və kifayət qədər tələsik addım atılmaması ilə bağlıdır.

“Etdiyimiz hər işdə biz həmişə açıq şəkildə bildirməliyik ki, Ukraynanı dəstəkləmək üçün lazım olan, eyni zamanda münaqişənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik”, - Almaniya kansleri vurğulayıb.