"Son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib" - Kamran Əliyev

Müsabiqə yolu ilə prokurorluq orqanların qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir.

Sabahinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.

Qeyd olunub ki, son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib. Onların 1097-i kişi, 106-sı isə qadındır.

Hazırda onlardan 1009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir.

Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir.