Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.