“Space” TV-nin rəhbərliyindən ayrılan Vaqif Mustafayev haradadır?

Vaqif Mustafayev “Space” TV-nin rəhbərliyindən ayrılandan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru vəzifəsində çalışır.

Belə ki, rejissor bu yaxınlarda “Fəryad-2” tammetrajlı bədii filminin çəkilişlərini də yekunlaşdırıb.

Qeyd edək ki, V.Mustafayev Dövlət Mükafatı laureatı, Xalq artistidir. Onun filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb.

O, 2006 - 2021-ci illərdə “Space” televiziya kanalının rəhbəri vəzifəsində çalışıb.

 Modern.az