Spikerdən TƏBRİK

Xalqımızın çoxəsrlik ənənələrini, milli – mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən Novruz bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan dövləti və xalqımız öz tarixinin ən əlamətdar dövrlərini yaşayır. Artıq iki ildir ki, Novruz bayramını möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş qədim yurd yerlərimizdə, əzəli torpaqlarımızda yüksək əhval-ruhiyyə və ovqatla qeyd edirik.

Bu günlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini bir daha böyük minnətdarlıq hissi ilə yad edir, şəhid ailələrinə, qazilərimizə və dövlətimizin keşiyində mətinliklə dayanan hərbçilərimizə xüsusi təbriklərimizi ünvanlayırıq.

Bir daha hər birinizi səmimi qəlbdən təbrik edirəm və arzu edirəm ki, bu bayram dövlətimizə əbədi sülh və əmin-amanlıq, xalqımıza, evlərinizə, ailələrinizə bol ruzi-bərəkət, xoşbəxtlik və sevinc gətirsin!

Novruz bayramınız mübarək!

SAHİBƏ QAFAROVA
MİLLİ MƏCLİSİN SPİKERİ