Sübhan Bəkirova vitse-admiral ali hərbi rütbəsi verildi

Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova vitse-admiral ali hərbi rütbəsi verilib.

Sabahinfo.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova "vitse-admiral" ali hərbi rütbəsi verilsin".