Sükan arxasında mobil telefondan istifadə edənlərin NƏZƏRİNƏ

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib.

NİİM-dən Sabahinfo.az-a daxil olan müraciətdə deyilir:

"Bəzi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hətta ela hallar olub ki, piyada piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub. Bu bir faktdır ki, avtomobil idarə edərkən telefonla zəng etmək, mesaj yazmaq və ya gələn zəngi, mesajı cavablandırmaq sürücünün diqqətinin dağılmasına səbəb olur və bu da qəzaya yol açır".