"Sülh müqaviləsinin imzalanması ilə bağlı bütün məsələlər həllini tapıb" - Paşinyan

Ermənistan Respublikasının yeni Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı qərarı xalqın öz iradəsini sərbəst ifadə etmədi ilə həyata keçirilə bilər.

Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O, yeni Konstitusiyanın qəbulu ilə bağlı açıqlama verərkən bildirib ki, guya bu addım sülh müqaviləsinin imzalanması üçün edilir: "Demək istəyirəm ki, sülh müqaviləsinin imzalanması ilə bağlı bütün məsələlər öz həllini tapıb. Sülh müqaviləsinin mətnində razılaşdırılmış maddə var: tərəflər bu müqavilə ilə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi üçün öz qanunvericiliklərinə istinad edə bilməzlər. Yəni burada söhbət sülh müqaviləsindən getmir. Biz daim Azərbaycan və Türkiyə haqqında danışırıq, lakin ümumilikdə yeni şəraitdə xarici dünya ilə münasibətlərimiz haqqında düşünməliyik". 

Paşinyanın sözlərinə görə, Konstitusiyalarda mümkün ziddiyyətlər baxımından məsələ sülh sazişində göstərilən razılaşdırılmış maddə ilə həll olunub.