Sülhməramlılar ermənilərin qanunsuz hərbi daşımalarını müşayiət edirlər - VİDEO

Rusiya sülhməramlıları tərəfindən qeyri-qanuni erməni silahlıları üçün hərbi daşımaların mühafizəsi davam etdirilir.

Sabahinfo.az-ın Ordu.az-a istinadən məlumatına görə, videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli yolu ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.