Surət Hüseynov vəfat etdi

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.

Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.

İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.