Sürücülərin NƏZƏRİNƏ: Əsas yollardan birində hərəkət məhdudlaşdırıldı

Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi - “Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.