“Şuşa bütün türk dünyasının mədəniyyət və qürur mərkəzidir”

Şuşada Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi mühüm hadisədir. Şuşa bütün türk dünyasının mədəniyyət və qürur mərkəzidir. Dünya azərbaycanlılarının Şuşaya toplaşması bu arzular naminə şəhid olan qəhrəman əsgərlərimizin ruhlarını şad edəcəkdir.  “Azerforum” xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, İqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili bildirib.

Komitə sədri qeyd etmişdir ki, bundan sonrakı əsas məqsədimiz Şuşanın, işğaldan azad olmuş ərazilərimizin bərpası, investisiyaların cəlb olunması, özəl sektoru daha çox bu işlərə cəlb etmək olacaqdır. Bu baxımdan keçiriləcək tədbiri mühüm imkan kimi qəbuı etmək lazımdır.

“Dünyada bizim uğurlu və imkanlı iş adamlarımız xeyli saydadır. Cənab Prezident özəl sektoru bu işlərdə aktiv iştirak etməyə dəvət etmişdir. Hazırda Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanun müzakirə olunur. Qanun bu cür investisiyaların təşviqini və qorunmasını daba da gücləndirəcəkdir. Azad edilmiş ərazilərdə məskunlaşma siyasəti mərhələli olacağından düşünürəm ki, özəl sektor tərəfindən investisiya planlarının da buna uyğunlaşdırılması məqsədəuyğun olardı. Bu mənada iş adamlarına paket formasında investisiya layihələrinin sektorlar üzrə təklif olunması, bazara çıxış və ixrac imkanlarının dövlət hesabına təhlil edilərək onlara təqdim olunması hesab