Tağıyevin heykəlini zədələyən şəxslər saxlanıldı - YENİLƏNİB (FOTOLAR)

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bunu mətbuata açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda araşdırma davam edir.

***

00:16
Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin ötən gün açılışı olan heykəlinin zədələndiyini əks etdirən görüntülər paylaşılıb. Görüntülərdə Tağıyevin əlindəki təsbehin sınaraq yerə düşdüyü əksini tapıb.