Taksilərə taksometr quraşdırılması məcburi oldu

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sabahinfo.az xəbər verir ki, yeni qanunla Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub.

Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.