TƏBİB xəstəxana direktorunun ölümü ilə bağlı MƏLUMAT YAYDI

TƏBİB Qusar Rayon Mərkəzi Xəstəxanasının direktorunun ölümü ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Sabahinfo.az-a verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.

O, 31.08.2023-cü il tarixində saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.