Tələbə bacılar dəm qazından zəhərləndi

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

Sabahinfo.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır. /APA