Telefonlara gələn zəlzələ xəbərdarlığı... - RƏSMİ AÇIQLAMA

Telefonlara gələn zəlzələ xəbərdarlığı ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Sabahinfo.az-ın məlumatına görə, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib.

Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ baş verib.