Təmraz Tağıyev: “Nərimanov Bələdiyyəsi hər zaman həssas qrupa aid insanları diqqətdə saxlayır”

“Hər il olduğu kimi, bu ildə Nərimanov Bələdiyyəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində 100 aztəminatlı ailəyə yardım edib”- bu məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.

Belediyye.info xəbər verir ki, bundan əvvəl bələdiyyə rəsmiləri şəhid və qazi ailələri ziyarət ediblər.

Ailələrin hər birinin bayramları təbrik edilib, onlara bayram sovqatı, müxtəlif hədiyyələr təqdim edilib.

Nərimanov Bələdiyyəsi hər zaman həssas qrupa aid insanları diqqətdə saxlayır, hər daim onların sosial məişət qayğıları ilə maraqlanaraq, bələdiyyədən asılı olan məsələlər tez bir zaman kəsiyində öz həlli tapır.