Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsinin əsas vəzifəsi həm də  şəhid və qazi ailələrinə diqqət gəstərməkdir”

Nərimanov bələdiyyəsində  qazi  Orxan Əsgərovun təşəbbüsü ilə  görüş keçirilib. Görüşdə bələdiyyə sədri Təmraz Tağıyev rayon sakin olan qazinin müalicəsi ilə bağlı maraqlandığını və bələdiyyə tərəfindən bundan sonra da  ciddi addımların atılacağını qeyd edib.

Qazinin müalicəsinin son mərhələsi olaraq Türkiyənin İstanbul şəhərindəki tanınmış klinikalarıyla danışıqların aparıldığını qeyd edən  Təmraz Tağıyev qazinin  sosial-məişət qayğıları ilə də maraqlanıb.

Sədr qeyd edib ki, Nərimanov bələdiyyəsinin əsas vəzifəsi bu gün  həm də  şəhid və qazi ailələrinə  daim diqqəti gəstərməkdir.

Görüşdə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən qazi Orxan Əsgərov az müddət ərzində 14 dəfə   üz-çənə əməliyyatlarının keçirdiyini, bu proseslərdə daim Heydər Əliyev Fondunun və Nərimanov bələdiyyəsinin dəstəyini hiss etdiyini xüsusilə qeyd edib. 

Görüşdə qazinin  döyüş xatirələrindən söhbət açılıb və  şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq  bildirilib və  Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söylənilib.

Görüşdə Təmraz Tağıyev  qazi Orxan Əsgrovun tam sagalıb həyat fəaliyyətini davam edəcəyinə inandığını bildirərək  Nərimanov bələdiyyəsinin hər daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışıb, bələdiyyəyə edilən  müraciətlərin hər bir iclasda müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapdığını bildirib.

Görüşdə "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli də iştirak edib.

Belediyye.info