Təmraz Tağıyev:  "Şəhid ailələrinə qayğı və diqqətin göstərilməsi hər bir bələdiyyənin həm də vəzifə borcudur"

 

"Nərimanov rayon  sakini olan daha bir şəhid ailəsinin üzvünü  işə qəbul etmişik"- bu fikirləri adıçəkilən rayonun bələdiyyə sədri Təmraz Tağıyev bildirib. 

Bələdiyyə sədri bildirib ki, Azərabycan Dövlət İqtisad Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə məzunu olan, şəhid Tural Elxan oğlu Məmmədovun həyat yoldaşı, Yasəmən Fariz qızı Musayeva bələdiyyənin vergi xidmnətində məsul vəzifəyə təyinat alıb. 

Artıq Yasəmən Fariz qızı Musayeva kollektə təqdim olunub və fəaliyyətə başlayıb. 

Sədr bildirib ki, bundan əvvəl isə Nərimanov bələdiyyəsi rayon sakini olan  iki qazinin müalicəsi və əməliyyatı ilə ilə bağlı  yaranmış problemləri həll edib. 

Sədrin sözlərinə görə, qazi Əmrah Əliyevin müalicəsi və qazi Orxan Əsgərovun əməliyyatı ilə bağlı məsələlər bələdiyyənin təşəbbüsü və təşkilatçılığı ilə öz həllini tapıb.

Daha əvvəl isə Nərimanov bələdiyyəsi şəhid Ələddin Səidovun atası Azər Səidovun İstanbul şəhərində müalicə xərclərini öz üzərinə götürüb.

 Sədr qeyd edib ki, şəhid və qazi ailələrinə qayğı və diqqətin göstərilməsi hər bir bələdiyyənin həm də vəzifə borcudur"