Tərtərdə iki məktəbli arasında dava - Ölən var

Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib.

Sabahinfo.az xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.

Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.