“TikTok”un işində problemlər yarandı

Bu gün bir sıra ölkələrdə “TikTok” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur

Sabahinfo.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” portalı məlumat yayıb.

Bildirilib ki, nasazlıq barədə məlumat verən istifadəçilərin 51%-i proqramın işləməsindən şikayət edir, 27%-i lentlə bağlı problem yaşayır, 22%-i serverə qoşulmaqda çətinlik çəkir.

Ən çox şikayət Böyük Britaniya, Hindistan, İsveç, Kanada, İtaliya, Sinqapur, Yeni Zelandiya, Almaniyadan olub.