Tokayev yenidən Prezident seçildi

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin yekun nəticəsini açıqlayıb.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, MSK sədri Nurlan Abdirov hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin qalib gəldiyini bildirib. 

"Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib",- deyə o, vurğulayıb.