Trampın xüsusi nümayəndəsi İsrailə səfər edəcək

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzza böhranını müzakirə etmək üçün İsrailə səfər edəcək.

Sabahinfo.az-ın “Axios” nəşrinə istinadən verdiyi xəbərə görə, səfər zamanı Qəzzada hökm sürən humanitar böhran əsas müzakirə mövzusu olacaq.

Həmçinin xüsusi nümayəndənin Qəzzaya gedərək humanitar yardım mərkəzlərini ziyarət edəcəyi gözlənilir.