İstanbul Rusiya və Ukraynanın nizamlamanı müzakirə edə bildiyi yeganə məkan olaraq qalır və Ankara bu danışıqlar prosesini canlandırmağa hazırdır.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir Ankarada keçirilən illik Səfirlər Konfransının açılışında deyib: "Rusiya-Ukrayna müharibəsi regionumuzun indiyə qədər üzləşdiyi ən ciddi çətinliklərdən biridir. İlk gündən prinsipimiz aydın idi: müharibədə qalib, ədalətli sülhdə isə məğlub yoxdur. Bu əqidəyə əsaslanaraq, müharibəni diplomatik yollarla bitirmək üçün ən intensiv səylər göstərən ölkə biz olduq. İstanbul tərəflərin texniki səviyyədə görüşə və sülh yolu ilə həllin parametrlərini müzakirə edə bildiyi yeganə platforma olaraq qalır"