"Türkiyə Əsrində ölkəmiz daha da güclü olacaq" - Ərdoğan

Türkiyə Əsrində ölkəmiz daha da güclü olacaq.

Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi sosial media hesabında Zəfər Bayramı ilə bağlı yayımladığı mesajında bildirib.

"Qarşıdakı dövrdə atacağımız yeni addımlarla ölkəmizin gücünə güc qatacaq və Türkiyəni müasir sivilizasiyalar səviyyəsinə yüksəldəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.