Türkiyə-İran sərhədi bağlandı

Türkiyə-İran quru yolunda hərəkət dayandırılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, buna səbəb şiddətli yağışdan sonra Ağrı şəhərində yaranan seldir.

Türkiyə-İran quru yolunda uzun tıxac yaranıb.

Sel nəticəsində yaxınlıqdakı bəzi kənd təsərrüfatı ərazilərinə də ziyan dəyib.