Türkiyə Ordusunun arsenalına yeni helikopter daxil edildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) milli istehsal olan texnika və avadanlıqlar sayəsində gücünü artırmaqda davam edir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, mühüm məqsədlərdə istifadə etmək üçün helikopterləri tədarük etmək layihəsi çərçivəsində T-70 tipli yeni helikopter Hərbi Hava Qüvvələrinə təhvil verilib.

T-70 tipli helikopter TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi AŞ) şirkəti tərəfindən istehsal edilib.

Arsenala yeni daxil edilən helikopter TSQ-nin Konyadakı hava qüvvələrinə məxsus hərbi hissənin xidmətinə veriləcək.