Türkiyə parlamenti fəaliyyətini müvəqqəti dayandırdı

Türkiyə parlamenti ölkədə baş verən dəhşətli zəlzələ ilə bağlı öz işini bir həftəlik dayandırıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.

“Biz böyük zəlzələ fəlakəti ilə qarşı-qarşıyayıq. Məclisdəki bütün siyasi partiyalarla razılaşaraq, fəaliyyətimizə bir həftəlik fasilə veririk”, - AKP-nin TBMM-dəki fraksiyasının başçısı Mustafa Əlidaş bildirib.