Türkiyə prezidenti: “İstədiyimiz nəticəni əldə edə bilmədik, hər şeydə bir xeyir var”

“İstədiyimiz nəticəni əldə edə bilmədik, hər şeydə bir xeyir var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli seçkilərinin nəticələri ilə bağlı verdiyi açıqlama zamanı deyib.

“31 mart bizim üçün son deyil, dönüş nöqtəsidir. Təəssüf ki, yerli seçki imtahanından istədiyimiz nəticəni əldə edə bilmədik. Nəticə belə oldu. Hər şeydə bir xeyir var”, - Ərdoğan bildirib.

O qeyd edib ki, səsvermə qutularının nəticələri göstərir ki, ölkə daxilində yerli idarələrdə reputasiya itkisi müşahidə olunur.

“Bölgələrdə enişin səbəblərini müzakirə edəcəyik. İtirdiyimiz hər yerdə səbəbləri çox yaxşı müəyyən edəcək və lazımi müdaxilələri edəcəyik”, - ölkə başçısı əlavə edib.