Türkiyə Qara dənizdəki minalarla bağlı tədbirlər görür

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə yerini dəyişən minalarla bağlı lazımi tədbirlər görür.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

“Bu məsələ ilə bağlı ilk növbədə Milli Müdafiə Nazirliyimiz bütün lazımi tədbirləri görür. Narahat olmayın”, - deyə Türkiyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb. Artıq Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək yerini dəyişən minalara qarşı diqqətli olmağı xahiş edərək, NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.