Türkiyə şəhid verdi

İraqda keçirilən əməliyyat zamanı yaralanan Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, "Pençe-Kilit" əməliyyatında yaralanan çavuş Cəmil Yavaş bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.