Türkiyə və Azərbaycan birgə PUA istehsalını nəzərdən keçirir

Türkiyə-Azərbaycan birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və onların Azərbaycanda istismarı məsələsi nəzərdən keçirilir.

Sabahinfo.az xəbər verir ki, bunu bazar ertəsi Azərbaycanın müdafiə naziri Zakir Həsənov yerli televiziyaya müsahibəsində deyib.

"Qardaş Türkiyə ilə çox sıx əməkdaşlığımız var, ortaq layihə mövcuddur. Söhbət təkcə yeni pilotsuz uçuş aparatlarının, sistemlərinin alınmasından yox, həm də onların birgə istehsalından və burada istismarından gedir. Artıq bu məsələlər öz həllini tapır və yaxın gələcəkdə, yəqin ki, ictimaiyyətə məlumat veriləcək. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkələrimizin Silahlı Qüvvələri arasındakı əməkdaşlığa xüsusi diqqət yetirir. Bildiyiniz kimi, biz çox güclü inteqrasiya olunmuşuq, birgə təlimlər keçiririk", - nazir əlavə edib.