Türkiyə XİN başçısı: “Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq”

“Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən XIV səfirlər konfransının açılış mərasimində deyib.

O bildirib ki, Türkiyə ilə Ermənistan və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi paralel davam edir:

“Regionda sabitliyin təmin olunması üçün koordinasiyalı davranış şərtdir”.