"Türkiyə yüz ili"nin kabinetinin ilk iclası bu tarixdə olacaq

Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayıb.

Sabahinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir kii, nazirlər bu gün təhvil-təslim işini başa vuracaqlar. Sabah isə Nazirlər Kabinetinin ilk iclası keçiriləcək.

Prezident Ərdoğan sabah yeni nazirlərlə görüşəcək. Nazirlər Kabinetinin ilk iclasında yeni dövrün yeni yol xəritəsinin, xüsusilə iqtisadiyyat və terrorizmlə mübarizənin müzakirə ediləcəyi gözlənilir.

Bakıvaxtı.az yeni kabinetin tərkibini bir daha xatırladır:

Vitse-prezident - Cevdet Yılmaz

Ədliyyə naziri - Yılmaz Tunç

Ailə və sosial xidmətlər naziri - Mahinur Özdemir Göktaş

Əmək və sosial müdafiə naziri: - Vedat Işıkhan

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri - Mehmet Özhaseki

Xarici işlər naziri - Hakan Fidan

Enerji və təbii sərvətlər naziri - Alparslan Bayraktar

Gənclər və idman naziri - Osman Aşkın Bak

Xəzinə və maliyyə naziri - Mehmet Şimşək

Daxili işlər naziri - Əli Yerlikaya

Mədəniyyət və turizm naziri - Mehmet Nuri Ersoy

Milli təhsil naziri - Yusuf Tekin

Milli müdafiə naziri - Yaşar Gülər

Səhiyyə naziri -Fahrettin Koca

Sənaye və texnologiya naziri - Mehmet Fatih Kaçır

Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri - İbrahim Yumaklı

Ticarət naziri - Ömer Bolat

Nəqliyyat və infrastruktur naziri - Abdulkadir Uraloğlu.