Türkiyədə ağır qəza: 10 ölü, 57 yaralı

Türkiyənin Sakarya bölgəsində 7 avtomobilin iştirakı ilə baş verən qəzada 10 nəfər ölüb, 57 nəfər yaralanıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Qəzadan sonra hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.