Türkiyədə ailə qətliamı: Qohumlarını öldürüb intihar etdi

Türkiyənin İstanbul şəhərində ailə faciəsi baş verib.

23 yaşlı Ömər Orak adlı şəxs ailə üzvləri ilə mübahisə etdikdən sonra onları güllələyib.

O, anası Nurten Orakı, qardaşı Yasin Orakı və 9 ay əvvəl ailə həyatı quran 2,5 aylıq hamilə bacısı Esra Yamakı öldürüb. Sonra əmisi oğluna “Bunları öldürdüm. Gəlin aparın”, - deyə mesaj yazıb və başına silahla atəş açıb.

Ağır formada xəstəxanaya aparılan Orak orada həyatını itirib.

Məlum olub ki, hadisəni törədən şəxsin atası da beş il əvvəl intihar edibmiş.

Dayısının sözlərinə görə, Ö.Orak 3 ildir işsiz imiş və evdən çölə çıxmayıb, internetdə oyun oynayaraq vaxt keçirirmiş.