Türkiyədə güclü zəlzələ olub

Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində 4,8 maqnitudalı zəlzələ olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ 13 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.