Türkiyənin Aİ-yə üzvlük prosesindən siyasi material kimi istifadə olunur - Hakan Fidan

Türkiyənin Avropa İttifaqına üzvlük prosesindən siyasi material kimi istifadə olunur.

Sabahinfo.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın XİN rəhbəri Mariya Qabriellə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyənin Aİ-yə üzvlük prosesinə rasional deyil, siyasi nöqteyi-nəzərdən baxılır. Avropa İttifaqı sərt rəftarlarını yenidən nəzərdən keçirməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.