Türkiyənin ilk astronavtı Gezeravcı Yerə qayıtdı - VİDEO

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” (Ax-3) heyətini daşıyan “Dragon” kapsulu Florida sahillərində okeana enib.

Sabahinfo.az-ın verdiyi məlumata görə, bu barədə “Axiom Space” şirkəti özünün sosial şəbəkə hesabından xəbər verib.

Şirkət həmçinin “Ax-3” heyətinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) dünyaya dönmə prosesini canlı yayımlayıb.

Kapsulun yerüstü ekipaj tərəfindən götürüləcəyi gözlənilir.