Türkiyəyə 140 min manatlıq yardım göndərilib- Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş şəxslərə dəstək məqsədilə 4 günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140 105 min manat) vəsait göndərib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "#SəninləyəmTürkiyəm" adlı yardım kampaniyası davam edir və vətəndaşlar yardım ianələrini aşağıdakı formalarda göndərə bilərlər.

Onlayn İANƏ:https://yardim.et/az/donations/bank/online

SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.

Onlayn cüzdan:http://hesab.az

Ödəmə terminalları: Milliön, eManat