Türkiyəyə S-400-lərə görə təzyiq edən NATO-da növbəti gərginlik

Almaniya donanmasında Rusiya istehsalı cihazlardan istifadə olunduğu üzə çıxıb.

Bu iddia ilə Almaniyanın nüfuzlu “Bild am Sonntag” qəzeti çıxış edib.

Maksimilyan Kyevel və Yan Şaferin yazdığı məqalədə NATO üzvü Almaniyanın Baltik dənizindəki sualtı qayıqlarında 2005-ci ildən bu yana Rusiya istehsalı naviqasiya cihazlarından istifadə olunduğu qeyd edilib.

Nəşr naviqasiya sistemlərinin Rusiyaya aid şirkət tərəfindən istehsal olunması ilə yanaşı, sözügedən cihazların hərbi təhlükəsizlik protokoluna uyğun olmadığını vurğulayıb.

Türkiyənin Rusiya istehsalı S-400 zenit raket komplekslərini almasının NATO-da gərginlik yaratdığı bir şəraitdə bu xəbər Avropada böyük səs-küyə səbəb olub.