Üç yaşlı uşaq 158 saatdan sonra dağıntılar altından xilas edildi - VİDEO

Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.

Bir neçə saat əvvəl Tacikistandan olan xilasedicilər Türkiyənin Kahramanmaraş şəhərində üç yaşlı uşağı dağıntılar altından sağ çıxarıblar.

158 saat sonra xilas edilən azyaşlı səhiyyə işçilərinə təhvil verilib.