Ucarda kombaynın təkəri partlayıb: Bir nəfər ölüb

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H.Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.