“Üçüncü dünya müharibəsi yaxınlaşır” - Kurtulmuş

“Üçüncü dünya müharibəsi yaxınlaşır”.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İstanbul universitetinin 2023-2024-cü il tədris ilinin açılışında çıxışı zamanı deyib.

O bildirib ki, planet sürətlə bu təhlükəyə doğru gedir: “Əgər bəziləri ambisiyalarından imtina etməzsə, üçüncü dünya müharibəsi başlayacaq. Biz buna qarşıyıq. Biz sülhün, danışıqların tərəfdarıyıq”.