Ukrayna ağır silahları təmas xəttindən geri çəkməyə başlayıb

Ukrayna tərəfi bu gündən etibarən ağır silahları Donbassdakı təmas xəttindən geri çəkməyə başladığını açıqlayıb
"İnterfaks-Ukraina”nın verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 12 fevral tarixli Minsk razılaşmalarına uyğun olaraq 100 millimetrlik silah sistemlərinin təmas xəttindən geri çəkilməsinə başlandığını bildirib: "Ağır silahların çəkilməsinə yönələn bu ilk addım ATƏT-in monitorinqi altında həyata keçiriləcək”.
Baş Qərargahdan o da əlavə olunub ki, separatçılar hücuma cəhd göstərsələr, Kiyev ağır silahların geri çəkilməsi qrafikinə dəyişiklik edəcək.