Ukraynada müharibədə ölən uşaqların sayı 226-ya çatıb

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 226 uşaq həlak olub, 417 uşaq yaralanıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 643-dən çox uşaq xəsarət alıb.  226 uşaq hücum nəticəsində dünyasını dəyişib. Yaralıların sayı isə  417 nəfərdir".